Nazirliyin Elmi-Texniki Şurası

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Elmi-Texniki Şurası əhalinin və ərazinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğından mühafizə, sənaye və radiasiya təhlükəsizliyi, mülki müdafiə sahəsinin tənzimlənməsi məsələləri üzrə kollegial ekspert məsləhətçi orqandır.

Şuranın tərkibi sədrdən, sədr müavinindən, elmi katibdən və Şuranın üzvlərindən ibarətdir. Şuraya fövqəladə hallar naziri tərəfindən müəyyən edilən nazir müavini sədrlik edir. Şuranın tərkibi fövqəladə hallar nazirinin əmri ilə təsdiq olunur.

Şuranın üzvləri Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləridir. Şuranın tərkibinə digər mütəxəssislər də cəlb oluna bilər.



Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Elmi-Texniki Şurasının tərkibi: 
 
Elmi-Texniki Şuranın sədri:   
Faiq Tağı-zadə Nazir müavini
tibb elmləri namizədi
Şuranın sədr müavini:  
Vidadi Məmmədov Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin rəisi
Şuranın elmi katibi:  
Nəcibə Əfəndiyeva Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin layihələrin idarə edilməsi şöbəsinin müdiri, kimya elmləri namizədi
Şuranın üzvləri:  
Etibar Hüseynov Baş hərbi ekspert, tarix elmləri namizədi
Yusif Nəbiyev Baş yanğın təhlükəsizliyi eksperti, hüquq elmləri üzrə fəlsəfə doktoru

Pərviz Mehdiyev

Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili şöbəsinin müdiri, texnika elmləri namizədi

Namiq Qayıbov

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarənin xilasetmə işinin təşkili idarəsinin xilasetmə işinin təşkili şöbəsinin müdir müavini, tibb elmləri namizədi

Cabir Həsənov

Regional mərkəzlərlə işin təşkili, layihələrin İdarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarənin təhsil məsələləri üzrə sektorunun müdiri, iqtisad üzrə fəlsəfə doktoru

Eldar Əliyev

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) Elm, texnika və smeta normaları şöbəsinin müdiri, texnika elmləri namizədi

Azər Xanlarov

TTNDA-nın S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktor müavini, texnika elmləri namizədi

Piri Quluzadə

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin (SİTGDMNDA) rəis müavini, texnika elmləri namizədi      

Rüşdü Səfərov

SİTGDMNDA-nın Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru, texnika elmləri namizədi

Vüqar Hüseynov

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi, fizika-riyaziyyat elmləri namizədi

Kamal Əliyev

Tibb Xidmətinin tibb işləri üzrə xidmət rəisinin müavini, tibb elmləri namizədi

Fikrət Aslanov

“İzotop” xüsusi kombinatının direktoru, tibb elmləri namizədi

Aydın Qafarov

Nazirliyin Akademiyasının Elmi-tədqiqat şöbəsinin müdiri, texnika elmləri doktoru, professor

İlqar Dadaşov

Nazirliyin Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas kafedrasının müdiri, texnika elmləri namizədi