Geri

FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.

2019-cu ilin çimərlik mövsümü ərzində (15 iyun – 15 sentyabr) vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

  • şəxsiyyət vəsiqəsi;
  • əmək kitabçası (olanlar üçün);
  • tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd;
  • sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);
  • 3x4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.

Müsabiqədə Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Abşeron, Xaçmaz, Siyəzən, Yevlax, Sabirabad, Salyan, Lənkəran, Astara rayonlarında qeydiyyatda olan sakinlər və bu şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqdır.

Sənədlər 2019-cu il aprel ayının 24-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.

Əlaqə telefonları: (012) 512-17-35, (012) 512-17-09.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi dalğıc axtarış qrupu cəlb edilməklə Aviasiya dəstəsinin 1 ədəd helikopteri vasitəsilə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir....

Ardını oxu

FHN-də Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş toplantı keçirilib (Video)

10 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aparatında cari ilin fevral ayının 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantı keçirilib. ...

Ardını oxu