AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

20-28 iyul 2019-cu il tarixlərində Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq. 18 iyul 2019-cu il


İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın, təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb... 14 iyul 2019-cu il


12 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından mühafizə hissəsinin açılışı olub. Açılış mərasimində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib. 12 iyul 2019-cu il


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...


Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Mövlanov Fuad Azad oğlunun axtarışları başa çatıb...


Qusar rayonu ərazisində süni göldə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Bağırov Adiq Yavər oğlunun axtarışları başa çatıb... 

Ümumi məlumat



Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası (bundan sonra – Akademiya) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyun tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir.

 

Təhlükəsizlik

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadrların hazırlanması;

Təhsil

Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahələrdə kadrların əlavə təhsilinin həyata keçirilməsi;

Elmi-tədqiqatlar

fövqəladə hallar sahəsində elmi-tədqiqatların aparılması, metodiki işin təşkili və təkmilləşdirilməsi;

Rəhbərlik haqqında məlumat


Baba Hacı-Baba oğlu Salayev

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor.

01.01.1970-ci ildə Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Bağırov Qəzənfər Nofəl oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin birinci müavini, polkovnik-leytenant.

24.03.1984 – ci ildə Şəmkir şəhərində anadan olub.
Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasını bitirib.
Ailəlidir. 4 övladı var.

Hüseynov Aslan Rəhman oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin müavini, polkovnik.

02.01.1966 – ci ildə Kürdəmir rayonunda anadan olub.
1984-1988 Sumferopol Ali Hərbi inşaat-siyasi məktəbi
1994-1995 Türkiyə Ali Hərbi Komandirlər məktəbi
Ailəlidir. 3 övladı var.

Babaşov İlham Balasəlim oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin müavini, polkovnik.

11.07.1967-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.