AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti 21 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində olub. 22 may 2019-cu il


Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 13-17 may 2019-cu il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib. Platformanın gündəliyi “Dayanıqlığın Dividendləri: Dayanıqlı və Əhatəli Cəmiyyətlərə Doğru” mövzusuna həsr olunub. 17 may 2019-cu il


Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. 16 may 2019-cu il


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı minik avtomobili yol kənarındakı gölməçədə batıb...


Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 111 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə...


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Yasamal rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

Ümumi məlumat


Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə, müalicə və reabilitasiya xidməti göstərən; şəxsi heyətinin tibbi ekspertizasının aparılmasını, hərbi qurumların komplektləşdirilməsində tibbi təminatı həyata keçirən; fəlakət zonalarında epidemioloji şəraitin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, xəsarət alanlara ilkin tibbi yardım göstərilməsini; sanitar-gigiyenik və əks-epidemik tədbirlərin aparılmasını, zəruri hallarda müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış tibbi ekspertizanı təşkil edən qurumdur.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


FHN Tibb Xidməti 2006-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə və müalicə xidmətlərini təşkil etməklə yanaşı, şəxsi heyətin tibbi ekspertizasının aparılmasını, fəlakət zonalarında epidemioloji şəraitinin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, sanitar-gigiyenik və əksepidemik tədbirlərin aparılmasını həyata keçirilir.

 

Önləyici tədbirlər

Müalicə-profilaktika şöbəsi tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini və koordinasiyasını həyata keçirir, eləcə də onların iş praktikasında yeni profilaktika, diaqnostika və müalicə üsüllarının tətbiq edilməsi üçün tədbirlər görür.

Nəticələrinin aradan qaldırılması

əhalinin fövqəladə hallardan qorunmasmda öz səlahiyyətləri daxilində iştirak etmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Nazirliyin digər strukturları və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə iştirak etmək;

Normativ tənzimləmə

Xidmətinin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafınm təmin edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Rəhbərlik haqqında məlumat


İlham Əsgər oğlu Allahverdiyev

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisi tibb xidməti polkovniki.

05.01.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1987-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 1 övladı var.

Qəbul günləri:
cümə günləri saat 10:00-12:00

Kamal Namiq oğlu Əliyev

Azərbaycan Respublikası FHN Tibb xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnikı.

19.02.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Tibb elmləri namizədidir.
Ailəlidir. 3 övladı var.

 

 

Rəfiq Faiq oğlu Mirişli

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisi tibb xidməti istismar və iqtisadi işlər üzrə rəis müavini, polkovnik.

02.06.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 3 övladı var.

Qəbul günləri:
çərşənbə axşamı və cümə günləri saat 10:00-12:00

Mirzəyeva Aidə Rəfail qızı

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisinin muavini, tibb xidməti kapitanı

23.08.1980-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.
2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur.
Ailəlidir. 2 övladı var.