AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir. 05 avqust 2020-ci il


Xəbər verildiyi kimi, bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb. 31 iyul 2020-ci il


Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddətdə söndürülüb... 31 iyul 2020-ci il


Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Qızılqum, Bilgəh və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub...


Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə 16 ha sahədə kol-kos və ağaclıq yanıb...


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

Ümumi məlumat


Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.

 

Yanğınların söndürülməsi

Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək;

Nəticələrinin aradan qaldırılması

Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək;

Normativ tənzimləmə

Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasnı həyata keçirmək.

Rəhbərlik haqqında məlumat


Əsədov Füzuli Xanış oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət general-mayoru.
10.11.1961-cü ildə Ermənistan Respublikasının Sisian rayonunda anadan olub. 
Dadaş Bünyatzadə ad. Xalq Təsərrüfatı İnstitutu və Rusiyanın Moskva Gömrük Akademiyasını bitirib. 
Ailəlidir. 2 övladı var. 
Qəbul günləri:
FHN əməkdaşları üçün hər ayın I, II, III həftəsinin 2 günü (10:00-13:00) 
vətəndaşlar üçün hər ayın son həftəsinin II günü (10:00-13:00)

 

Novruzov Əkbər Nəməd oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki.
17 mart 1970- ci ildə anadan olub.
1993- cü ildə Azərbaycan Texniki Universitetini, 2009-cu ildə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetini bitirib.
Ailəlidir. 2 övladı var. 
Qəbul günləri:
həftənin V günləri (10:00-13:00) 
FHN əməkdaşları üçün hər ayın I, II, III həftəsinin 2 günü (10:00-13:00) 
vətəndaşlar üçün hər ayın son həftəsinin II günü (10:00-13:00)

 

Xudiyev Rza Xudu oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki.
25.12.1963-cü ildə Bakı şəhərində anadan olub. 
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib. 
Ailəlidir. 2 övladı var. 
Qəbul günləri:
həftənin III günləri (10:00-13:00) 
FHN əməkdaşları üçün hər ayın I, II, III həftəsinin 2 günü (10:00-13:00) 
vətəndaşlar üçün hər ayın son həftəsinin II günü (10:00-13:00)