AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Qurtuluş küçəsində yerləşən Sosial Xidmət Müəssisəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib... 07 iyun 2023-cü il
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində, o cümlədən attraksionların istismarı ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. 07 iyun 2023-cü il
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Əli Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. 07 iyun 2023-cü il
Yevlax şəhərinin Yaldili kəndində tikintisi başa çatmayan, ümumi sahəsi 216 m² olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin çardağı və tavanı yanıb.
Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
5 fevral 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidməti, Hərbiləşdirilmiş Xüsusi Mühafızə Xidməti və Kinoloji Xidmət ləğv olunaraq onlann bazasmda Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmışdır. 03 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafıq fərmanı ilə Xüsusi Riskli Xilasetmə Xidməti haqqında "Əsasnamə" təsdiq edilmişdir.
Xidmətin fəaliyyəti haqqında
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir.
Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.
Fövqəladə hal (hadisə) baş vermiş ərazilərdə (zonalarda) xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təşkil edilməsində iştirak edir.
Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.
01.05.1966-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Moskva Ali Yol və Mühəndis qoşunları komandanlıq məktəbini bitirib.
Ailəlidir. 2 övladı var.
2 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub.
Bakı Ali Hərbi Dənizçilik Akademiyasını və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.
24.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub.
Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir. 2 övladı var.