13-14 fevral 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında və “İzotop” xüsusi kombinatında ABŞ-ın Avropa Komandanlığının və Bakıdakı səfirliyinin nümayəndələri ilə görüşlər keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 11-15 fevral tarixlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliklər kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə 15 fevral 2019-cu il tarixində maarifləndirmə tədbiri keçirib.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 15 fevral 2019-cu il tarixində Ucar şəhəri Nizami Gəncəvi adına 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 13 fevral 2019-cu il tarixində “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) yanğın təhlükəsizliyinə dair tədbirlər keçirib.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 14 fevral 2019-cu il tarixində Nərimanov rayonundakı 36 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 14 fevral 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran rayon Cil kənd tam orta məktəbində
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 13 fevral 2019-cu il tarixində Azərbaycan Respublika Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Ə.Əmirov adina Neft-qaz çıxarma idarəsinin 2 saylı neft-qaz çıxartma
11-12 fevral 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsində Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti ilə “Beynəlxalq axtarış-xilasetmə dəstəsinin təbii fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq yardımın göstərilməsində iştirakı zamanı fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqikeçirilib.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 fevral 2019-cu il tarixində Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.