AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. 02 iyul 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir. 02 iyul 2022-ci il


21-29 iyun 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yerləşən Yanğından Mühafizə hissələrinin qüvvələri ilə birgə təlim keçirib. 02 iyul 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...


Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin...


Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb...

Ümumi məlumat




Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyun tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir.

 

Təhlükəsizlik

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadrların hazırlanması;

Təhsil

Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahələrdə kadrların əlavə təhsilinin həyata keçirilməsi;

Elmi-tədqiqatlar

fövqəladə hallar sahəsində elmi-tədqiqatların aparılması, metodiki işin təşkili və təkmilləşdirilməsi;

Rəhbərlik haqqında məlumat


Baba Hacı-Baba oğlu Salayev

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor.

01.01.1970-ci ildə Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Bağırov Qəzənfər Nofəl oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin birinci müavini, polkovnik-leytenant.

24.03.1984 – ci ildə Şəmkir şəhərində anadan olub.
Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasını bitirib.
Ailəlidir. 4 övladı var.

Hüseynov Aslan Rəhman oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin müavini, polkovnik.

02.01.1966 – ci ildə Kürdəmir rayonunda anadan olub.
1984-1988 Sumferopol Ali Hərbi inşaat-siyasi məktəbi
1994-1995 Türkiyə Ali Hərbi Komandirlər məktəbi
Ailəlidir. 3 övladı var.

Babaşov İlham Balasəlim oğlu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin müavini, polkovnik.

11.07.1967-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.