AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. 01 aprel 2023-cü il
Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Ulduz” stansiyasında təlim keçirilib. 01 aprel 2023-cü il
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 01 aprel 2023-cü il
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə...
İmişli rayonunun Ağaməmmədli kəndində ferma ərazisində ümumi sahəsi 20 m² olan vaqon tipli evin yanar konstruksiyaları və bitişik...
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.
Xidmətin fəaliyyəti haqqında
Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.
Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək;
Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək;
Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasnı həyata keçirmək.